Bakı Turizm Filmləri Festivalının loqo müsabiqəsinin yekunu

 

   Bu ilin noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 1 aprel-1 may tarixlərində elan edilmiş loqo müsabiqəsinə yekun vurulub. Müsabiqəyə təqdim edilmiş 207 eskiz və layihəyə festivalın təşkilat komitəsi tərəfindən baxılıb və Vüqar Məmməd oğlu Haqverdiyevin işi seçilərək qalib elan olunub.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 2.